"MuddyWater haker qruplaşması Azərbaycanın dövlət qurumlarına məqsədyönlü hücumlar edib.
Unikal.org trend-ə istinadən xəbər verir ki, bu barədə "Kasperski Laboratoriyasının məqsədyönlü hücumlar haqqında icmalında deyilir.
İcmalda Azərbaycan Daxili İşlər Nazirliyinə hücum üçün yaradılmış fişinq sənədinin nümunəsi göstərilib.
"MuddyWater haker qruplaşması 2017-ci ildə meydana çıxıb və əvvəlcə Səudiyyə Ərəbistanı ilə İranın hökumət obyektlərini hədəf alıb. Daha sonra onlara Azərbaycan, Türkiyə, Pakistan, İordaniya, Yaxın Şərq, Avropa ölkələri və ABŞ-ın dövlət strukturlarına yönəlib.
Hakerlərin hücumu 2018-ci ilin mayından daha aktivləşib, hücumlar indi də davam edir.