Məşhur cütlük - aktyor Murad İsmayıl və aktrisa Ülviyyə Xəlilbəyli ATV-də yayımlanan "Zaurla Günaydın" verilişinin qonağı olublar.
Unikal.org-un məlumatına görə, verilişdə aparıcı Günay Baxşəliyeva cütlükdən toy tarixini soruşub.
Murad və Ülviyyə deyiblər ki, toy Məhərrəm ayı bitdikdən sonra, noyabrın 26-da baş tutacaq, nişan mərasimi isə olmayacaq.
Xatırladaq ki, cütlüyün "Hə"si iyulun 26-da baş tutmuşdu.