Quba rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Unikal.org xəbər verir ki, Quba şəhər sakini, 1968-ci il təvəllüdlü Etibar İbrət oğlu Əlibəyovu avtomobil vurub. E.Əlibəyov Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona aşağı ətrafların və çanağın sınığı diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.