Xəbər verdiyimiz kimi ötən gün axşam saatlarında ayı Oğuzun Xalxal kəndi yaxınlığında yerləşən meşə sahəsindən kəndə hücum edib.
Unikal.org Kanal S-ə istinadən (Region TV) xəbər verir ki, kənd sakinləri əvvəlcə vəhşi heyvanı hay-küy salmaqla qovmaq istəsə də buna nail olmayıb. Nəticədə heyvan əvvəlcə avtomobilə ziyan vurub, daha sonra mal qaraya xəsarət yetirib.
Ayının növbəti hədəfi isə kənddə yerləşən uşaq bağçası olub. Həmin vaxt bağçada 25 uşaq olsa da xoşbəxtlikdən vəhşi heyvan onlara xəsarət yetirməyib. Vəhşi heyvanın hücumunun qaşısı yalnız onu öldürməklə alınıb. Bağçanın yaxınlığında yaşayan kənd sakini Fazil Şükürov ayıya atəş açaraq onu zərərsizləşdirib. Hazırda ayının quduz olub-olmamasını müəyyən etmək üçün Baytarlıq Xidmətinin əməkdaşları tərəfindən araşdırmalar aparılır.