Bakıda ana və qızı itkin düşüb.
Unikal.org APA-ya istinadən bildirir ki, Maştağa qəsəbə sakinləri - 1996-cı il təvəllüdlü Fəridə Səhlədar qızı Əhmədova və qızı, 2013-cü il təvəllüdlü Qətibə bu il aprel ayının 17-də yaşadıqları evdən gedərək bir daha geri qayıtmayıblar. Bu barədə polisə məlumat mayın 25-də daxil olub.
İtkin düşən ana və qızın axtarışları davam etdirilir.