Ermənistan əhalisinin tərkibində qadınların sayı sürətlə artmaqdadır.

Unikal.org modern.az-a istinadən bildirir ki, 2016-cı il üçün Ermənistan əhalisinin sayı 3 milyon 27 min 262 nəfərdir.

Statistikadan aydın olur ki, əhalinin tərkibində kişilər (46,5%) qadınlarla (53,5%) müqayisədə kəskin şəkildə azalmağa doğru gedir.

Ölkədə hər il 27 min insanın öldüyü və 40 min uşağın doğulduğu bildirilir. Lakin gündəlik olaraq 118 vətəndaşın yaşamaq üçün başqa ölkəyə köçdüyü Ermənistanda yaşayış perspektivinin və əhali sayının get-gedə azaldığı bildirilir.