28 yaşlı amerikalı model Kelsi Quayle ötən gün işə gedərkən hücuma məruz qalıb.
Unikal.org xəbər verir ki,hadisədən dərhal sonra xəstəxanaya yerləşdirilən Kelsi dünyasını dəyişib. Polis qadının boynundan vurulduğunu bildirib.
Modelin bacısı baş verənlərdən sonra bu sözləri deyib:
"Bunu edənlərin kim olduğunu bilmək istəyirəm. O, buna layiq deyildi".