Bakının Nərimanov rayonunda oğurluq hadisəsi baş verib.
Unikal.org Teleqraf.com-a istinadən xəbər verir ki, rayon ərazisində 3 nəfərin velosipedlərinin oğurlanması barədə 18-ci polis şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bülbülə qəsəbə sakinləri Zaur Hacımuradov və qardaşı İlqar saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.