Ağdam rayonunda Qarqar çayından tapılan partlamamış mina zərərsizləşdirilib.
Unikal.org "Report"a istinadən xəbər verir ki, Ermənistan ordusu tərəfindən Qarqar çayı vasitəsilə axıdılan piyada əleyhinə mina ANAMA-nın əməkdaşları tərəfindən partlayış yolu ilə məhv edilib.
ANAMA-nın region üzrə qrup rəhbəri Elməddin Mirzəyev bildirib ki, ərazidə aşkar olunan mina barədə yerli əhali tərəfindən Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat verilib. ANAMA-nın mobil əməliyyat qrupu tərəfindən əraziyə baxış keçirilib. Ermənistan istehsalı olan bir ədəd piyada əleyhinə TMM minasının daşınması mümkün olmadığından mütəxəssislər tərəfindən yerindəcə zərərsizləşdirilib.
Qeyd edək ki, kənd sakinləri həmin ərazidə mal-qara otarır. Partlamamış döyüş sursatları erməni hərbçiləri tərəfindən əraziyə tez-tez axıdılır.