Ermənistan Silahlı Qüvvələri Ağdamın işğal olunmuş ərazilərində irimiqyaslı hərbi təlimlərə başlayıb.  
Unikal.org-un məlumatına görə, APA-nın Qarabağ bürosunun xəbərinə görə, düşmənin müxtəlif qoşun birləşmələri işğal altında olan Ağdam şəhərinin ətrafında zirehli texnika və artilleriya qurğularından istifadə edir.
 
Təlim zamanı ağır artilleriya qurğularından atılan mərmilər dağ massivlərinə dəydikdən sonra yaranan toz dumanı cəbhə zonasında yerləşən kəndlərindən açıq-aydın müşahidə olunur, təlim atışlarının səsi cəbhəyanı ərazilərdə aydın eşidilir.