Bakıda məişət tullantılarının arasından xeyli silah-sursat tapılıb.
 
Unikal.org Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, "Təmiz şəhər" ASC-nin ərazisindən "DGT-9" markalı qumbaraatan və 2 ədəd mərmi,  alışqansız qumbara, pnevmatik tapança, tüstüyayıcı cihaz və  768 ədəd patron tapılaraq Sabunçu RPİ 12-ci PB-yə təhvil verilib.
 
 
Araşdırma aparılır.