Türkiyə turizm sahəsində son 17 ilin ən durğun dövrünü yaşayır. 
Unikal.org xəbər verir ki, türkiyənin turizm nazirliyi yaydığı məlumata görə, ölkəyə xaricdə gələn turislərin sayı 28.07 faiz azalaraq 1.75 milyon nəfərə düşüb. 

Mədəniyyət və Turizm Nazirliyi məlumatına görə, 95 ölkə içində Ermənistan, Gürcüstan, İran, Yəmən, Səudiyyə Ərəbistan, İordaniya və Bəhreyndən gələn turistlərin sayında 30-70 faiz azalma var. Ötən ilin eyni dövrü ilə müqayisədə (ötən il 2.4 milyon) , bu il 1.8 milyon adam gəlib. 
 
RUS TURİSTLƏRİ 79 FAİZ AZALIB

Türkiyəyə ən çox turist göndərən Almaniyadan gələn turistlərə yüzdə 35.43, Rusiyadan gələnlərdə yüzdə 79.28, İngiltərədən gələn turistlərə də yüzdə 24.41 faiz azalma müşahidə olunub. 
Bu dövrdə ən böyük eniş yüzdə 82.66 ilə Avstraliya, İraq 80.04, Rusiya 79.28, Liviya 76.40 ölkələri bölüşürlər. 
 
Maraqlı ondan ibarətdir ki, nazirlik Azərbaycandan türkiyəyə gedən turistlərin statistikasını açıqlamayıb.