Azərbaycan prezidenti İlham Əliyev Respublika Günü münasibətilə rəsmi qəbulda iştirak edib.
 
Mayın 27-də "Buta" sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib. Azərbaycan prezidenti İlham Əliyev rəsmi qəbulda nitq söyləyib.

Sonra dövlət mükafatlarının təqdim edilməsi mərasimi olub.

İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı il üçün elm və ədəbiyyat sahələrində dövlət mükafatları təqdim edilib.

Elm üzrə dövlət mükafatları Ramiz Məmmədov, Elbrus Əlizadə, Məhərrəm Həsənov və Zakir Eminova, ədəbiyyat üzrə mükafat isə Fikrət Qocaya təqdim olunub.