Vüsal Quliyev: "Debat proqramı gənclərimizin natiqlik bacarıqlarının inkişaf etdirilməsində, onların ictimai fəallığının artırılmasında, sağlam vətəndaş kimi formalaşmasında ciddi alətdir".
Bu gün "Respublika Gənclər Debat Forumu 2016: Yaz" layihəsinin bağlanış və mükafatlandırma mərasimi yekunlaşıb. Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administirasiyasının İctimai-Siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev çıxış edib.
O, bildirib ki, ölkədə çox uğurlu gənclər siyasəti həyata keçirilir və burada gənclər təşkilatının rolu danılmazdır. Gənclər təşkilatları hər zaman innovativ təşəbbüslərlə çıxış edərək, həm paytaxt Bakıda, həm də regionlarda gənclərimizin şəxsi inkişafına yönəlik tədbirlər həyata keçirirlər. Debat Forumlarının keçirilməsi də bu qəbil təşəbbüslərdəndir. Debat proqramı gənclərimizin natiqlik bacarıqlarının inkişaf etdirilməsində, onların ictimai fəallığının artırılmasında, sağlam vətəndaş kimi formalaşmasında ciddi alətdir. Bu baxımdan biz belə yarışların və forumların keçirilməsini dəstəkləyirik.
Digər rəsmilərin çıxışlarından sonra forumun qalib və ən yaxşı natiqlərinin mükafatlandırlma mərasimi keçirilib, eləcə də Multikulturalizm ideyalarının gənclər arasında təbliğatının aparılmasında fəaliyyətinə görə Lənkəran, Mingəçevir, Şəki, Gəncə, İsmayıllı Regional Debat Mərkəzləri xüsusi diplomla təltif olunub.