Həbsdən azadlığa çıxmış ukraynalı pilot Nadejda Savçenko iştirak etdiyi mətbuat konfransında Putin haqda sərt sözlər işlədib.
Jurnalistin "Rusiya prezidenti Vladimir Putinə nə demək istəyərdiniz? – sualına belə cavab verib.
"Putinə nə demək istəyərdim? Ukraynadan əl çək, yapışdığın hər bir ölkədən əl çək. Çarlığını özünə saxla, adamlarını incitmə, rusiyalıları alçaltma".
Krım məsələsi ilə bağlı Savçenko deyib ki, Krım o zaman qayıda bilər ki, III Dünya müharibəsi başlasın.(Avropa.info)