Türkiyənin Kilis şəhəri Suriya ərazisindən raket atəşinə tutulub
 Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, nəticədə 3 nəfər yaralanıb.
 Öz növbəsində, Türkiyə ordusu buna cavab olaraq, raketlərin atıldığı istiqaməti artilleriya atəşinə tutub.
 Qeyd edək ki, yanvar ayından  etibarən raket zərbələri nəticəsində Kilis şəhərində 21 nəfər ölüb, onlarla insan yaralanıb.