Abşeron rayonu Masazır qəsəbəsi 110/10 kV-luq Ə.Vahid yarımstansiyasından qidalanan TM-54 hava elektrik verilişi xəttinin cari təmir işləri ilə əlaqədar olaraq sabah saat 10:30-dan 14:00-a qədər Xırdalan şəhəri Nizami küçəsində, Quşçuluq massivinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Bu barədə Unikal.org-a "Azərişıq ASC-dən məlumat verilib.

Yaranmış narahatlığa görə "Azərişıq ASC İstehlakçılardan üzr istəyir.