Bakı Baş Gömrük İdarəsi "İpək yolu gömrük postuna təhkim olunan Baş Gömrük Mühafizə Xidmətinin "Şimal gömrük mühafizə dəstəsinin böyük mühafizəçisi, gömrük xidməti mayoru Cəfərəliyev Ayaz Nəcəfqulu oğlu "İpək yolu gömrük postunun 6-cı anbarında xidmət aparan zaman qulluq mövqeyindən sui-istifadə edərək "S3 Safety MMC-nin ünvanına daxil olan yük nəqliyyat vasitəsinə baxış keçirdiyi üçün həmin şirkətin nümayəndəsi Rəhimov Rəşad İbrahim oğlundan 100 manat məbləğində qeyri-qanuni pul vəsaiti istəyib, Rəhimov Rəşad İbrahim oğlu da ona qeyri-qanuni olaraq 100 manat məbləğində vəsaiti verib.
Unikal.org-a verilən məlumata görə, xidməti
vəzifəsinin icrasına səhlənkar yanaşaraq, əmək vəzifələrini kobud
şəkildə pozduğuna görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
sədrinin müvafiq əmri ilə Baş Gömrük Mühafizə Xidmətinin "Şimal gömrük
mühafizə dəstəsinin böyük mühafizəçisi, gömrük xidməti mayoru
Cəfərəliyev Ayaz Nəcəfqulu oğlu "Gömrük orqanlarında xidmət haqqında
Əsasnamənin 69-cu maddəsinə əsasən gömrük orqanlarından xaric edilib.
Cəfərəliyev Ayaz Nəcəfqulu oğlu və Rəhimov Rəşad İbrahim oğlu
barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan
Respublikasının Baş Prokurorluğuna göndərilib.