Prezident İlham Əliyev Bakı Metropoliteninin bir qrup işçisinə fəxri adların verilməsi ilə bağlı sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, ölkə başçısı Bakı Metropoliteninin tikintisində xidmətlərinə görə Şaiq Veyis oğlu Eyubova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdün verilməsi haqqında sərəncam imzalayıb.

Ölkə başçısının digər sərəncamı ilə, Bakı Metropoliteninin tikintisində xidmətlərinə görə Məzahir Əbilşah oğlu Nəbiyevə

"Əməkdar mühəndis fəxri adı verilib,

Bakı Metropoliteninin tikintisində və istismarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər "Tərəqqi medalı ilə təltif ediliblər:

Abdusəmədov Qurban Əli oğlu
Əmrahov Rasim Zeyqəm oğlu
Mehtiyev Rafail Mehti oğlu
Mirzəliyev Əbülfəz Bağman oğlu
Tahirov Xaləddin Şərif oğlu.