"Badamdar qəsəbəsindəki sürüşmənin qarşısını almaq üçün xüsusi layihə hazırlanır.
Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Eldar Əzizov Unikal.org-un əməkdaşının sualına cavab verib.
O əlavə edib ki, layihənin hazırlanması üçün vaxt tələb olunur:
"Bayılda sürüşmə zonası ilə bağlı mütəxəssislər xüsusi layihə hazırlayır. Konkret rəy formalaşır. Vaxt tələb olunur. Yenə deyirəm ki, baş verən hadisə təbii proses nəticəsində meydana gəlib. İnsan amili yalnız bunu sürətləndirə bilir. Sürüşmə baş verən kimi, kimlərs,ə günahkar axtarmağa çalışırlar. Kimlərsə öz fəaliyyəti ilə bu prosesə təkan verə bilər. Hadisə 5 ildən deyil, 3 ildən sonra baş verə bilər. Amma, bu daş dövründə də olub. XVIII- XIX əsrdə də olub. Bu günləri bu sürüşmənin qarşısını tam almaq biraz çətin məsələdir. Hər halda həm yerli və həm xarici mütəxəssislər xüsusi layihənin üzərində işləyirlər. Yəqin ki, müəyyən müddətdən sonra layihə barədə ictimaiyyətə də məlumat veriləcək.
Famil Fərhadoğlu