İşgəncələr Əleyhinə Azərbaycan Komitəsi illik hesabatla bağlı qərb bölgəsində olan polis idarə və şöbələrinin müvəqqəti saxlama yerlərində monitorinq keçirib.
Unikal.org xəbər verir ki, bu barədə trend-ə komitə sədri Tural Hüseynov deyib.
Onun sözlərinə görə, monitorinqlər Kürdəmir, Ucar, Mingəçevir, Yevlax, Goranboy, Gəncə, Ağstafa, Şəmkir, Tərtər, Bərdə və Qazax rayon polis şöbələrində keçirilib: "Monitorinqdə mən, komitənin eksperti Qartal Hüseynov və hüquqşunası Anar Cavadov iştirak etmişik. Monitorinqlər zamanı müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərlə fərdi söhbətlər apardıq, onların saxlanma şəraitləri və polisin davranış qaydaları ilə maraqlandıq. Ümumi nəticə qənaətbəxşdir, müvəqqəti saxlama yerlərində nöqsanlar aşkarlanmadı. Bəzi rayonlarda saxlanma yerlərində tövsiyyələrimiz də oldu".
T. Hüseynov bildirib ki, monitorinq zamanı Tərtər və Bərdə rayonlarında ictimaiyyətlə polis münasibətləri ilə bağlı sorğu da keçiriblər: "Sorğunun nəticələri yüksək oldu. Məlum oldu ki, bu rayonlarda polis orta məktəblərdə narkomaniyaya qarşı mübarizə və erkən nigahlarla bağlı marifləndirmə tədbirləri keçirib və bu tədbirlər yüksək nəticə verib. Əhali həmin tədbirlərdən sonra polislə özləri əməkdaşlıq edir, aşkarlanan faktla bağlı birbaşa polisə məlumat verirlər".
Komitə sədri bildirib ki, Şəmkir rayon polis şöbəsinin müvəqqəti saxlama yerində Azərbaycan tarixi ilə bağlı kitabxana yaradılıb: "Kitabxanada Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və müasir Azərbaycan dövlətinin tarixini əks etdirən kitablar yerləşdirilib. Saxlanılan şəxslər istənilən vaxt həmin kitablardan istifadə edə bilirlər".
T. Hüseynov bildirib ki, monitorinqin nəticələri komitənin illik hesabatına daxil ediləcək.