Dövlət Miqrasiya Xidmətinin Aparatında, o cümlədən Xidmətə daxil olan qurumlarında çalışan işçilərə peşə hazırlığının yüksəldilməsi məqsədilə "Mühasibat uçotunun aparılması və təminat işinin təşkili mövzusunda təlimlər keçirilib.
DMX-dən Unikal.org-a verilən məlumata görə, kadrlar və kadr hazırlığı idarəsi ilə təlim-tədris mərkəzinin birgə təşkil etdiyi təlimlərdə maliyyə hesabatlarının hazırlanması, maliyyə vəsaitlərinin səmərəli istifadəsinin təşkili, invenrtarizasiya və onun aparılma qaydaları və etik davranış qaydalarına riayət olunması mövzuları əhatə edilib.
Təlim prosesinin sonunda dinləyicilərin sualları cavablandırılıb, fəaliyyət istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.