Bu gün Nizami Rayon İcra Hakimiyyətində "Ölkəmizi tanıyaq tur-aksiyasında iştirak edəcək məktəblilərlə görüş keçirilib.
Unikal.org xəbər verir ki, öncə İcra Hakimiyyətinin foyesindəki ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzülərək onun əziz xatirəsi yad edilib.
Görüşdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov xalqımızın gələcəyi olan uşaqlara göstərilən dövlət qayğısından, gənc nəslin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən söz açıb. "Ölkəmizi tanıyaq tur-aksiyasının əhəmiyyətindən danışan A.Qasımov qeyd edib ki, turun keçirilməsində əsas məqsəd gənc nəslin Vətənə, tariximizə, mədəniyyətimizə, milli adət-ənənələrimizə hörmət və məhəbbət ruhunda tərbiyə edilməsidir. A.Qasımov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri üçün artıq 10-cu dəfədir ki, "Ölkəmizi tanıyaq maarifləndirici tur-askiyası təşkil edildiyini və 4 il ərzində Nizami rayonunun məktəblilərinin Naxçıvan şəhərində olduqlarını, Şamaxı-İsmayıllı-Qəbələ və Lənkəran-Masallı-Astara istiqamətləri üzrə şəhər və rayonlarımıza səfər etdiklərini, həmin yerlərin tarixi abidələri, mədəni və görməli yerləri ilə tanış olduqlarını və böyük təəssüratlarla geri qayıtdıqlarını diqqətə çatdlrıb. Növbəti 10-cu tur-aksiyasının Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə təşkil edildiyini söyləyən rayon rəhbəri, məktəblilər arasında biliyi və istedadı ilə seçilən 40 nümunəvi şagirdin noyabr ayının 14-dən 17-dək Gəncə, Şəmkir və Göygölə səfər edəcəklərini bildirib.
Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova "Ölkəmizi tanıyaq tur-aksiyası barədə məruzə edərək diqqətə çatdırıb ki, ölkə başçısının tapşırığına əsasən 2014-cü ildən başlayaraq orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri üçün "Ölkəmizi tanıyaq maarifləndirici tur-aksiyası keçirilir. Natiq bildirib ki, 4 il ərzində 7 istiqamət üzrə (Bakı şəhəri, Naxçıvan MR, Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) 9 tur aksiyası təşkil edilmiş, ölkəmizin bütün bögələrinin əhatə olunduğu bu tur-aksiyalarda ümumilikdə 20 min 254 məktəbli iştirak etmiş, 2018-ci ilin noyabr ayının 14-17-si və 18-21-i tarixlərini əhatə edəcək növbəti 10-cu tur aksiyada isə 4 istiqamət üzrə 76 şəhər və rayondan 3190 nəfərin iştirakı nəzərdə tutulmuşdur ki, bununla da göstərilən müddət ərzində tur-aksiyalarda iştirak edən məktəblilərin sayı 23444 nəfərə çatacaqdır. Noyabr ayının 14-də rayonumuzun 24 məktəbindən 40 şagird Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə tur-aksiyada iştirak edəcək və noyabr ayının 17-də geri qayıdacaqdır.
Görüşdə çıxış edən Milli Məclisin deputatı Rövnəq Abdullayevin qərargahının rəhbəri Süsən Salmanova "Ölkəmizi tanıyaq layihəsi çərçivəsində reallaşdırılan maarifləndirici tur-aksiyaların şagirdlər üçün ölkənin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, nailiyyətləri ilə yaxından tanış olmaları üçün gözəl fürsət olduğunu söyləyib.
Görüşdə çıxış edən valideyn Afət Həsənova bu layihənin məktəblilərə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu söyləyib və ölkə başçısına təşəkkürünü bildirib.
Sonra 129 â„–-li orta məktəbin X sinif şagirdi, "Ölkəmizi tanıyaq tur-aksiyasında iştirakçı olacaq Rauf Xudiyev çıxış edərək, "Ölkəmizi tanıyaq tur-aksiyasının onun və onun kimi bu turda iştirak edəcək digər şagirdlərin həyatında çox böyük və yaddaqalan olacağını söyləyib.
Görüşü yekunlaşdıran A.Qasımov bu tur-aksiyanın dövlətin gənclərə göstərdiyi qayğının növbəti təzahürü olduğunu vurğulayaraq, belə tədbirlərin şagirdlərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacağını qeyd edib və tur-aksiya iştirakçılarına yaxşı yol arzulayıb.