Bakıda qanunsuz fəaliyyət göstərən un sexi aşkar edilib.
 
DİN-in mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Yasamal RPİ 26-cı PB əməkdaşları tərəfindən mayın 30-da M.Əliyev küçəsindəki evlərdən birinin zirzəmisində Bakı şəhər sakini Yusif Bəkirova məxsus qanunsuz fəaliyyət göstərən un məmulatı sexi aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.