ARB TV-nin "Səhər-Səhər verilişinin növbəti qonağı müğənni Nazənin olub.

Unikal.org-un
məlumatına görə, ifaçı tənqidlərdən söz açıb. O bildirib ki, efirdə çoxları yalan danışır:

"Düşünmürlər ki, filankəsi qaralayanda bunun açıqlamasını da verməlisən. Üzr istəyirəm, namusu olmayan namusdan, evi olmayan evdən, mənliyi olmayan mənlikdən, pulu olmayan puldan, mənəviyyatı olmayan mənəviyyatdan danışır. Belə şeylərə gərək aparıcılar da icazə verməsin. Bəzi müzakirələr var ki, mən istəmirəm iştirak edəm.