Xızı rayonunda baş verən avtobus qəzasında yaralanan 17 nəfərin vəziyyəti stabildir.
 
Unikal.org bildirir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən 1 nəfərin isə vəziyyəti ağırdır: "Həmin şəxs qəza nəticəsində ağır kəllə beyin travması alıb. 14 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir".
Nazirlikdən bildirilib ki, Bakıdakı 1 saylı şəhər Klinik Tibbi Mərkəzə yerləşdirilən 2005-ci il təvəllüdlü Nigar Kazımlı və 1964-cü ildə anadan olan İndirra Mollayevanın isə vəziyyəti qismən yaxşılığa başlayıb: "Nigar Kazımlının vəziyyəti orta-ağır qiymətləndirilir. Bu gün xəstələrdən evə buraxılan yoxdur".
Xatırladaq ki, mayın 29-da Xızı rayonunun Altıağac qəsəbəsində Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin tələbə-müəllim heyətini daşıyan avtobus qəzaya uğrayıb. Qəza nəticəsində 3 nəfər ölüb, 21-i yaralanıb.