Beynəlxalq neft etalonu olan "Brent" altı ayda 26% ucuzlaşıb.
Hazırda analitiklərin bir qismi hətta 2014-cü ildəki ən pis qiymətin təkrarlanması barədə proznozlar səsləndirirlər.
Xatırladaq ki, 2014-cü ilin sonunda neftin qiyməti 50 dollardan aşağı düşdü.
Analitiklər OPEC+ ölkələrinin 2018-ci il 6 dekabr iclası ilə 27 noyabr 2014-cü ildəki iclasöncəsi vəziyyətlə bağlı paralellər də aparırlar. O vaxt neft hasilatını məhdudlaşdıraraq qiymətləri qorumaq yerinə, Səudiyyə Ərəbistanı istehsalı azaltmaqdan imtina edərək, qiymətin kəskin düşməsinə razılaşdı ki, təki bazardakı öz payını ABŞ-ın şist neftinin sahiblərinə verməsin.
Unikal.org bildirir ki, oxu.az-ın neftlə bağlı proqnoz ssenarilərinə əsasən verdiyi xəbərə görə, bir həftə ərzində 6%-dən çox ucuzlaşmaya səbəb təkrar emalda riskin artması, dünyada iqtisadi inkişaf tempinin azalması ehtimalı fonunda ABŞ səhmlərinin düşməsi və Donald Tampın neft birja göstəricilərinə təsir edən bəyanatlarıdır.
Qeyd edək ki, OPEC+ ölkələrinin dekabrın 6-da keçirilən görüşündə neft hasilatı üzrə kvotalar müzakirə ediləcək və bu, gələcək qiymətlər üçün açar rolunu oynayacaq. Hələlik qeyri-müəyyənlik qalmaqdadır və hər gün qiymətlər bəyanatlardan asılı olaraq artıb-azalır.
"Goldman Sachs" analitikləri hesab edirlər ki, tələb və təklif üzrə göstəricilər yaxşılaşmasa, neft qiymətləri kəskin dəyişkənliyi ilə seçiləcək. Çünki noyabrın əvvəlində Səudiyyə Ərəbistanının enetgetika naziri Xalid Əl-Falix noyabrın əvvəlində neft hasilatının gündə 1 milyon barel azaldılmasının mümkünlüyü barədə danışsa da, son günlər buna böyük şübhə yaranıb, üstəlik, hazırda Səudiyyə Ərəbistanı hasilatın həcmini rekord səviyyəyə qaldırıb.
"Bloomberg" yazır ki, noyabrda istehsal gün ərzində 10,8-10,9 milyon barelə çatıb. Trampın "Qiymətlər düşür. Əla! Səudiyyə Ərəbistanına təşəkkürlər, ancaq bir qədər də aşağı düşək" deyə yazdığı "Twitter" mesajı artıq neftin gələcək qiymətləri üçün potensial təhlükə yaradır.
Neft qiymətlərinin düşməsinə baxmayaraq, "The Economist Intelligence Unit" (EIU) gözləyir ki, 2019-2020-ci illərdə "Brent" neftinin bir barelinin qiyməti 70-80 dollar arasında dəyişəcək. Rusiya isə neftin qiymətinin 60-70 dollar arasında olacağını və qiymətlərin bundan aşağı düşməyəcəyini proqnozlaşdırır.
Məlumat üçün deyək ki, noyabrın 22-də "Brent" markalı neft 63 dollar, Azərbaycan nefti isə 65,44 dollardır.