Məlum olduğu kimi, hər noyabr ayının son cümə günü dünyada "Black Friday adı ilə mağazalarda endirimli satışlar təşkil olunur. Bu ənənə Azərbaycana da var. Alış-verişi sevənlər bu günləri xüsusilə gözləyirlər.
Unikal.org xəbər verir ki, Open.az-ın müxbiri paytaxtda yerləşən ən iri ticarət mərkəzlərindən biri "28 Mall"dakı endirimlərlə maraqlanıb.
Demək olar ki, bütün mağazaların vitrinlərində endirimlərin olduğunu "bağıran yazılar adama gəl-gəl deyir.
İlk girdiyim mağaza "LC Waikikidə 3 al 2 ödə kampaniyasıdır. Bu bütün mallara şamil edilib. Belə ki, aldığınız 3 məhsuldan ən aşağı qiymətə olanının pulunu ödəmirsiniz. Məsələn, iki ədəd 100 manat və bir ədəd 20 manat dəyərində məhsullar almısınızsa, ödənişdə 20 manatlıq məhsul sizə hədiyyə edilir. Müştərilərin bəziləri əvvəlki qiymətlərlə heç bir fərqin olmadığından gileylənir, bəziləri isə seçdikləri məhsulun pulunu ödəyib razı şəkildə mağazanı tərk edirlər.
Növbəti baş çəkdiyimiz brend mağazalar hər zaman qiymətləri ilə "əl yandıran "Mango və "Zaradır. "Mangoda 30 faiz, "Zarada isə 40 faiz endirimlər var. Lakin istədiyiniz malı bu endirimlə ala bilməyəcəksiniz. Çünki endirim əvvəlcədən mağaza rəhbərliyi tərəfindən müəyyən edilən məhsullara şamil olunub.
"Pull&Bear mağazasında da bəzi məhsullar 40 faiz endirimlə müştərilərə təqdim edilir. Mağazada diqqətimi çəkən və bu "endirimlərin həqiqətini ortaya çıxaran mənzərə ilə qarşılaşdım. Belə ki, bir pencəyin qiymətinin 99 manata təklif edildiyini, lakin kağızın altında əvvəlki qiymətinin 39 manata olduğunu gördüm.
"Next, "Stradivarius, "Massimo Dutty, "Terenov "Bershka kimi brend mağazalarda da eyniylə 20-40 faiz arası endirimlər təşkil edilib.
Bu endirimlərin fonunda bəzi mağazalarda səliqəsizlik gözə çarpırdı. Nə müştərilər səliqə ilə baxır, nə də satıcılar dağılanları səliqəyə salırdı. Nəticə etibarı ilə mağazaların məqsədi bir-biri ilə "yarışa girib müştəri ovlamaq idi.