Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-160, Kiçik Qafqazın çaylarında 90-100, Lənkəran-Astara bölgəsi çaylarında isə 80-140 faizini təşkil edir.
Departamentdən Unikal.org-a bildiriblər ki, noyabrın 23-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 208 kubmetr olmaqla ongünlük normanın 112 faizini təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 2 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 106 kubmetr təşkil etməklə ongünlük normanın 131 faizinə bərabərdir.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik qeydə alınmayıb. Belə ki, suyun səviyyəsi Kür çayının Surra məntəqəsində 5, Araz çayının Novruzlu məntəqəsində 2 santimetr azalıb. Bununla yanaşı, suyun səviyyəsi Şirvan və Salyan məntəqələrində 2 santimetr artıb, Bankədə isə dəyişməyib.
Hazırda suyun səviyyəsi Surra məntəqəsində 408, Şirvanda 303, Salyanda 265, Bankədə 242, Araz çayının Novruzlu məntəqəsində isə 123 santimetrə bərabərdir.