Müğənni Röya avtomobil qəzasına düşüb.
Unikal.org bakupost.az-a istinadən xəbər verir ki, müğənni klinikalardan birinə aparılıb.
O, təcili tibbi yardım şöbəsinə qəbul edilib. Müğənniyə ilkin tibbi müdaxilə edilib. İlkin həkim rəyinə görə, Röya ciddi xəsarət almayıb. Onun əsasən qol nahiyəsi əzilib.Hadisənin necə baş verməsi ilə bağlı hər hansı məlumat yoxdur.