Ötən gün daxili işlər orqanlarındaqeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

DİN-in Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 114 cinayət faktı qeydə alınıb, onların da 18-i "isti izlərlə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə70nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan56nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında2yol-nəqliyyat hadisəsi baş verib, nəticədə1nəfər ölüb,5nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli8fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən30nəfər saxlanılıb.