Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Qəbələ rayonu ərazisindəki Dəmiraparançay çayının sağ sahilində Laza kəndi istiqamətində avtomobil yolunun və yaşayış məntəqələrinin mühafizəsi üçün 436.4 m uzunluğunda dəmir-beton üzlüklü mühafizə divarının, Samur-Abşeron kanalının Qudyalçayla kəsişməsində dükerin, Xanarx kanalının Qusarçayla və Qudyalçayla kəsişməsində akvedukların, Vəlvələçayda sugötürən qurğunun və Samur-Abşeron kanalının kəsişməsində dükerin mühafizəsi məqsədi ilə tikinti işləri başa çatdırıb.

Cəmiyyətin mətbuat katibi Dilqəm Şərifov Unikal.org-a bildirib ki, eyni zamanda respublikanın 15 rayonunda-Göyçay, İsmayıllı, Qəbələ, Oğuz, Ağsu, Şəki, Qax, Zaqatala, Balakən, Qusar, Astara, Lənkəran, Ağcabədi, Qazax və Gədəbəy rayonlarının ərazisindən keçən ən təhlükəli çaylarda sahilbərkitmə obyektlərinin layihələndirilməsi və tikinti işlərinin aparılmasına başlanıb.