Xəbər verdiyimiz kimi, Kənd Təsərrüfatı naziri İnam Kərimov noyabrın 24-də Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Bərdə, Ağcabədi, Ağdam, Tərtər, Laçın və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Unikal.org xəbər verir ki, sonra nazir İnam Kərimov Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında yaradılan şəraitlə tanış olub.Maraqlı məqam odur ki, nazirin burada uzunboğaz çəkmədə olması diqqətdən yayınmayıb.