Prezident İlham Əliyev Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin əməkdaşlarına "Əməkdar müəllim fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org-un  məlumatına görə, sərəncamla Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin 90 illik yubileyi münasibətilə və Azərbaycanda musiqi təhsilinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar müəllim fəxri adı verilib:

Kraynova Valentina Serqeyevna

Manafova Ülviyyə Azər qızı

Səttarova Səadət Qüdrət qızı.