Baş nazir Novruz Məmmədov Nazirlər Kabineti Aparatında iki yüksək vəzifəyə təyinat edib.
Unikal.org-un musavat.com-a istinadən məlumatına görə, Qasım Abdullayev Nazirlər Kabineti Aparatının Kommunikasiya tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri təyin olunub. Buna qədər Q.Abdullayev həmin şöbənin müdir müavini vəzifəsində işləyib.
N.Məmmədovun digər sərəncamı ilə Ənvər Məmmədov Nazirlər Kabineti
Aparatının İşlər İdarəsinin Xidmət və Təchizat Sektorunun müdiri
vəzifəsindən azad edilərək, həmin idarənin Nəqliyyat Xidməti Şöbəsinin
müdiri vəzifəsinə təyin edilib