Son olaraq "Vatanım sensin" serialında rol alan aktyor Halit Ergenç Misir-Mərakeş istehsalı olan "Kasablanka" filmində oynayacaq.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, filmdə mafiya başçısını canlandıracaq. Ekran işində 10 dəqiqəlik rolu üçün Halit 1 milyon lirə qonorar alacaq.

Filmdə "pis adamı" canlandıracaq Ergençin tərəf müqabili dünyaca məşhur misirli aktyor Amir Karara olacaq.

Ekran işi haqda danışan aktyor çəkilişlərin bir ay sonra başlayacağını bildirib. O, çəkilişlərin Misir, Mərakeş və Fransada olacağını vurğulayıb.