"Bütün sahələrdə olduğu kimi, təbii ki, səhiyyə sektorunda da müəyyən problemlər mövcuddur".
Unikal.org xəbər verir ki, bunu Report-a açıqlamasında Səhiyyə Nazirliyinin Bakı Şəhər Baş Səhiyyə İdarəsinin (BŞBSİ) rəisi Nelli Veysova deyib.
Bildirib ki, müraciətlər mütəxəssislərin iştirakı ilə araşdırılaraq yerindəcə müvafiq qaydada həll olunur, ya da vətəndaşların ərizəsi qəbul edilərək sonradan araşdırılır: "Müraciətlər əsaslı və əsassız qruplara ayrılır. Təəssüf hissi ilə qeyd etməliyəm ki, əsassız müraciətlər daha çoxdur. Bunlara misal kimi, imtiyazlı qrupa aid dərmanlar sırasında adı olmayan dərmanların tələb olunması, yaxud orqan köçürülməsi əməliyyatına adının siyahıya növbədənkənar daxil edilməsi kimi tələbləri qeyd edə bilərəm. Əsaslı şikayətlər Bakı Şəhər Baş Səhiyyə İdarəsinin Hüquq şöbəsinin və həkim məsləhətçilərin iştirakı ilə ətraflı araşdırılaraq cavablandırılır.
İdarə rəisi xaricə üz tutan savadlı həkimlərdən də danışıb:
"Xaricə gedən həkimlərimiz də var, lakin bu o demək deyil ki, Azərbaycan savadlı həkim yoxdur. Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyindəki tibb müəssislərində yetərincə savadlı həkimlər fəaliyyət göstərir. Onu da qeyd edim ki, bu gün tendensiya xeyli dəyişib. Ölkədəki xəstəxanalara, xüsusən də cərrahi əməliyyatlar üçün müraciət edən xarici vətəndaşların sayı xeyli artıb. Bura orqan köçürülməsindən tutmuş, plastik və estetik cərrahiyyə əməliyyatlarına qədər tibbin müxtəlif sahələri daxildir və siyahı xeyli genişdir".