CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 26-da 63,13 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,88 dollar/barel çoxdur.

Unikal.org xəbər verir ki, bu barədə "Trendə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 26-da 61,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,9 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 26-da 57,68 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,79 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti noyabrın 26-da 59,61 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,95 dollar/barel çoxdur.