Şəkidə xəsarətlə nəticələnən yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şəki-Marxal avtomobil yolunda qeydə alınıb.

Hələlik şəxsiyyətləri məlum olmayan sürücülərin idarə etdikləri iki avtomobilin toqquşması nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.