Vətəndaş Həşimi Pərviz Rövşən oğlu işə düzəltmək adı ilə külli miqdarda pulunun mənimsənildiyini iddia edir.
Unikal.org xəbər verir ki, Bizimyol.info-ya müraciət edən P.Həşimi bildirib ki, özünü "SOCAR PETROLEUM QSC-nin vəzifəli şəxsi kimi təqdim edən Muxtərov Elxan Əli oğlu ondan 4400 min manat alınıb.
"2018-ci ilin may ayında tamla mən tanışımız Kərimov Səxavət Qulu oğlunun vasitəçiliyi və iştirakı ilə Elxan Muxtərovla görüşdük. Onlar mənə yanacaqdoldurma məntəqəsində xəzinədar vəzifəsini təklif etdilər. Bu işə görə isə məndən 4000 manat istədi. Biz may ayı ərzində hissə-hissə həmin məbləği Elxana Səxavətin iştirakı ilə ödədik,-deyə P.Həşimi bildirib.
O, deyib ki, bir müdət sonra evə yaxın yerdə onu işlə təmin etmək üçün əlavə olaraq 300 manat alıb: "Bizdən işə düzəltmək adı ilı pulu almasından aylar keçsə də, bizi hələ də işlə təmin etmədi. Gah "SOCAR PETROLEUM QSC-nin baş direktoru Toğrul Seyidovun atası vəfat etdiyi üçün Naxçıvandadır, gah da məzuniyyətdədir deyib məni işlə təmin etmədi. Elxan Muxtərov təkcə məni deyil, məndən başqa 26 nəfəri də işə düzəldəcək adı ilə pul alıbdır. Və biz də gələcəkdə iş yoldaşı olacağımızı düşünüb "WhatsAppda qrup yaradıb söhbət edirdik.
P.Həşimi deyib ki, Elxan Muxtərov 27 nəfəri dəfələrlə "SOCAR PETROLEUM QSC-nin qarşısında toplayıb işə başlyacağımızla bağlı vədlər verib: "Biz "SOCAR PETROLEUM-ə müraciət edəndə məlum oldu ki, Elxan burada işləmir. Bu şirkətin Amil adlı hüquqşünası bizə dedi ki, Elxan əvvəl burada bağban işləyib, işində nöqsanlara yol verdiyi üçün işdən azad edilib.
Şikayətçi Pərviz Həşimi deyib ki, Elxan Muxtərov pulu qaytaracağını vəd etsə də, hazırda onunla əlaqə saxlamaq mümkün deyil.
Müraciətdən məlum olur ki, Pərviz Həşiminin iddiası şirkətlə bağlı deyil, konkret şəxs Elxan Muxtərovla bağlıdır. Bildiririk ki, sözügedən şəxs - Elxan Muxtərov hazırda SOCAR Petroleum şirkətində işləmir. Elxan Muxtərov cəmi bir neçə ay ərzində SOCAR Petroleum şirkətində "yardımçı fəhlə vəzifəsində çalışıb, daha sonra isə işdən çıxarılıb.
Vətəndaş Pərviz Həşiminin müraciəti əsasında SOCAR-a göndəriləninformasiya sorğusuna cavab verilib.
"Dələduzun hiyləsinə məruz qalan vətəndaşlar hüquq-mühafizə orqanlarına həmin şəxsin dələduz hərəkətləri ilə bağlı şikayət etməlidirlər. SOCAR olaraq, biz dəfələrlə ictimaiyyəti və vətəndaşlarımızı dələduzların hiylələrinə uymamağa, yalnız dürüst və qanuni yollarla iş üçün müraciət etməyə çağırmışıq və bunu bir daha təkrarlayırıq.
SOCAR-da ümumi işəqəbul prosesi müsabiqə əsasında keçirilir və müsabiqə prosesində heç bir ərizəçidən pul tələb oluna bilməz. Əgər kimsə vətəndaşdan işə qəbul müqabilində pul tələb edərsə, vətəndaş özü belə bir qanunsuz sövdələşməyə razılaşmamalı və həmin şəxs haqqında şirkətə və Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına dərhal məlumat verməlidir. Belə halda dələduzların əməlləri ədalət məhkəməsində ifşa olunar və onlara qarşı müvafiq cəzalandırıcı tədbirlər tətbiq olunar,-deyə cavabda bildirilib.