Azərbaycan rayonlarında plastik qabların toplanması və çeşidlənməsi üçün quraşdırılan konteynerlərin sayı açıqlanıb.

Unikal.org-un
məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Kənan Kərimli bu gün keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, ölkədə xidməti ərazidə plastik konteynerlərin quraşdırılması 43 ədəd təşkil edir: "Salyan rayonunda 10, Sabirabad rayonunda 4, Şirvan rayonunda 9, Neftçala rayonunda 13, Saatlı rayonunda 3, İmişli rayonunda 4, Hacıqabul rayonunda isə 4 ədəd plastik toplantıların toplanması üçün konteyner quraşdırılıb".

İdarə rəisi qeyd edib ki, Azərbaycanda, ümumilikdə, 35 şəhər və rayon üzrə plastik qabların toplanması və çeşidlənməsi üçün 130-dan çox konteyner yerləşdirilib.