Bakıda polis əməkdaşları ictimai nəqliyyatda soyğunçuluq etməkdə şübhəli bilinən şəxsi saxlayıb.
DİN mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, dekabrın 2-də saat 11 radələrində metronun "Neftçilər stansiyasının platformasında Bakı şəhər sakini olan qadının çantasından içərisində 110 manat pulu və sənədi olan pulqabısını soyğunçuluq yolu ilə götürən şəxs Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.
Araşdırmalarla onun paytaxt sakini, əvvəllər məhkum olunmuş İntizam Məmmədov olduğu müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.