Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı "British Council təşkilatının Azərbaycan üzrə rəhbəri Samr Şahın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Unikal.org xəbər verir ki, görüşdə rektor, professor Mustafa Babanlı rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti barədə məlumat verib, universitetdə ingilis dilinin tədrisinin təşkilinə böyük önəm verildiyini vurğulayıb.
Səmimi qəbula görə rektor M.Babanlıya təşəkkür edən Samr Şah əməkdaşlığın daha yüksək səviyyəyə çatacağına əminliyini bildirib.
Görüşdə iki qurum arasında əməkdaşlıq məsələləri, gələcəkdə görülməsi planlaşdırılan işlər və perspektivlər müzakirə olunub.