Cari ilin doqquz ayı ərzində Bakı şəhərində 9 980 ölüm halı qeydə alınıb.
Unikal.org trend-ə istinadən məlumatına görə, əhalinin hər 1 000 nəfərinə ölüm səviyyəsi 5,9 təşkil edib.
Hesabat dövründə Bakı şəhərində doğulan körpələrin sayı 22 494 təşkil edib və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,3 olub. Doğulan körpələrdən 258-i əkiz, 5-i isə üçəm olub.
Ümumilikdə bu ilin əvvəlindən Bakı şəhərinin əhalisinin sayı 11,3 min
nəfər artaraq 2018-ci il oktyabr ayının 1-i vəziyyətinə 2 milyon 273,9
min nəfərə çatı