"Bakıda uşaq bağçalarına qəbul elektron qaydada aparılacaq.
Unikal.org-un xəbərinə görə, bunu Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Başçısı Aparatının rəhbəri Elgin Həbibullayev paytaxtın məktəbəqədər təhsil müəssisələri və uşaq evlərinin rəhbərlərinin iştirakı ilə bu müəssisələrdə təlim-tərbiyə işlərinin keyfiyyətinin yüksəldilməsi və digər məsələlərə həsr olunmuş seminar-müşavirədə deyib.
Onun sözlərinə görə, bu, neqativ halların aradan qaldırılmasına, bu sahədə şəffaflığın təmin olunmasına gətirib çıxaracaq.