Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı Xalq artisti Fəxrəddin Manafovun işdən çıxması haqqında məlumata münasibət bildirib.
Unikal.org-un məlumatına görə, teatrın mətbuat katibi İlham Məmmədov Report-a açıqlamasında deyib ki, F.Manafov hazırda Rus Dram Teatrının ştatındadır və hər şey normaldır.
O qeyd edib ki, Xalq artistinin işdən ayrılması barədə informasiya həqiqəti əks etdirmir:
"Məlumatı kimin və hansı məqsədlə yaydığını bilmirik. Fəxrəddin müəllim tamaşası, məşqləri və ya vacib bir işi olanda teatra gəlir. Hər gün teatrda olmur. Ola bilsin, hazırda ailəsi ilə şəhər kənarındadır və ya özü dincəlir deyə telefonlara cavab vermir. Bəzən telefon zənglərinə cavab vermir. Bu da normaldır".