Prezident İlham Əliyev Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşlarının "Tərəqqi medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org-un məlumatına görə, sərəncamla Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının 90 illik yubileyi münasibətilə və Azərbaycanda kitabxanaçılıq işinin təkminləşdirilməsi sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi medalı ilə təltif ediliblər:

Əliyeva Mədinə Talış qızı

Həsənova Sənübər Abdulqafar qızı

Quliyev Oruc İslam oğlu

Musayeva Xalidə Məmmədəli qızı.