Hazırda "Gülperi" serialında rol alan aktyor Tarık Pabuççuoğlunun başına iş gəlib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyorun İstanbul Altunizade istiqamətində yerləşən evi yanıb.
Məlumata görə, hadisə zamanı Tarıkın qonşusu da onlarda olub. İnsident yerinə dərhal yanğın söndürən maşın və təcili tibbi yardım gəlib. Aktyor və qonşusuna ilk tibbi yardım göstərilib, vəziyyətləri yaxşıdır.
Hadiə haqda danışan Pabuççuoğlu bildirib ki, qonşusu ilə zalda əyləşibmiş, birdən mətbəxdə yanğının olduğunu görüb. Qonşusu və özü yanğını söndürməyə çalışsalar da, amma mümkün olmayıb. Evə az miqdarda ziyan dəyib.
Qeyd edək ki, teatr aktyoru "Hayat Bilgisi" serialından sonra daha çox sevilmişdi. O, indi "Gülperi"də Yaqub obrazını canlandırır.