"Dünən axşamdan "Whatsappvasitəsilə yayılan mesajda 1990-cı ildən 2018-ci ilədək işləmiş insanların Dövlət Sosial Müdafiə Fondu tərəfindən 3405 manat mənfəət əldə etmək hüququna malik olması barədə dezinformasiya yayılıb.
Unikal.org xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov bildirib.
Qurum rəsmisi bu məlumatın məqsədinin cəmiyyəti çaşdırmağa yönəldiyini söyləyib:
"Mesajda vətəndaşlar qondarma linkə daxil olmağa həvəsləndirilir. Ona görə də nazirlik vətəndaşları diqqətli olmağa və həmin mesaja məhəl qoymamağa, oradakı məlumata inanmamağa və göstərilən linkə daxil olmamağa çağırır.
Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi tərəfindən bununla bağlı aparılmış araşdırmanın nəticələri artıq məlumdur.