"Manatın məzənnəsinin kəskin möhkəmlənməsi daxili sitehsalçıların fəaliyyətinə mənfi təsir göstərir".
Unikal.org bildirir ki, bunu maliyyə naziri Samir Şərifov deyib.
O bildirib ki, manatın məzənnəsinin yüksəlməsi istehsalla yanaşı ixraca da təsirsiz ötüşməyəcək:
"Manatın
məzənnəsinin kəskin möhkəmlənməsi ixraca da mənfi təsir edir. Bu
xaricdən idxalın artmasına səbəb olur. Bir sözlə,Azərbaycancəlbedici
ölkəyə çevrilir. Ona görə də, biz bir sıra məsələlərin həllinə
çalışmalıyıq. Hesab edirəm ki, son illər aparılan siyasət məhz
makroiqtisadi balansın qorunub saxlanması, eyni zamanda iqtisadi artım
üçün lazım olan təkanların verilməsi üzərində qurulub".(report.az)